104 yaşlı xəstə üzərində 40 dəqiqəlik qapalı ürək əməliyyatı
08.05.2025 11:45

Bursadakı xəstəxanaya nəfəs darlığı, quru öskürək və başgicəllənmə şikayətləri ilə müraciət edən 104 yaşlı Embiye Kadıoğlu qapalı ürək qapağı əməliyyatı ilə sağlamlığına qovuşub.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Bursada yaşayan Embiye Kadıoğlu anestezioloq Özcan Kadıoğlu tərəfindən işlədiyi Bursa Şəhər Xəstəxanasına aparılıb. Müayinələrdən sonra Kadıoğluya yaşla əlaqədar kalsifikasiya nəticəsində ürək qapaqlarının daralması diaqnozu qoyulub. Yaşına görə açıq ürək əməliyyatı keçirə bilməyən Embiye Kadıoğlunun aorta qapağı qasıq venasından daxil edilərək döş qəfəsi açılmadan edilən Transkateter Aortik Qapaq İmplantasiyası (TAVI) adlı üsulla dəyişdirilib.


Təxminən 40 dəqiqə davam edən əməliyyatı kardiologiya mütəxəssisi prof. Mehmet Özcan həyata keçirib. Doktor Hakan Erkan bildirib ki, Embiye Kadıoğlunun ən böyük üstünlüyü yaşının çox olmasına baxmayaraq heç bir xroniki xəstəliyinin olmamasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır