Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür  
08.05.2025 10:23

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.


Aztibb.az xəbər verir ki, talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.

 

Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

 

Ağır talassemiya formalarında uşaqlar həyatlarını erkən dövrdə itirir, orta ağır talassemiya zamanı uşaqlar yetkin yaşa qədər yaşayırlar. Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enir. Qanda dəmirin miqdarı ya norma daxilində, ya da artmış olur. Eritrositlər patologiya nəticəsində vaxtından əvvəl parçalanır, bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq isə böyüyür.

 

Talassemiya müalicə olunmasa da, xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Həmçinin ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salan və xəstənin tam sağlam yaşamasını təmin etmək olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır