İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
08.05.2025 10:07
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə səhiyyə işçiləri, Azərbaycan Tibb Universitetinin (ATU) müəllim və tələbələri iştirak ediblər.
Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edən tədbir iştirakçıları “Ümummilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda sərgi ilə tanış olublar. Sərgidə Ulu Öndərin səhiyyə və tibb müəssisələrində çəkilən, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən fotolar nümayiş edilib.
Daha sonra iclas zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz, uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə və insanların sağlamlıqlarının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olunub: “Səhiyyə marifləndirilməsi, əhalinin tibbi məlumatlılığının artırılması istiqamətində görülən işləri Ulu öndər yüksək qiymətləndirir, çıxışlarında vurğulayırdı ki, həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür”.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, ATU-nun müəllimi Arzu Mehdiyeva və İctimai səhiyyə fakültəsinin tələbəsi Natəvan İmanzadə çıxış edərək, Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkəmizin səhiyyə sistemində ardıcıl və məqsədyönlü görülən işlərdən söz açıblar. Vurğulanıb ki, Azərbaycan xalqının hər bir nümayəndəsinə doğmalıqla yanaşan Ulu öndər gənc nəslin sağlam inkişafını daim diqqətdə saxlayıb, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması üçün qətiyyətlə mübarizə aparıb. Müdrik dövlət rəhbəri Heydər Əliyevin siyasi xəttinin bu gün uğurla davam etdirildiyi, əhalinin sağlamlığının qorunması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması, orta ömür müddətinin uzanmasına xidmət edən tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Yekunda Ulu öndərin səhiyyə və tibb müəssisələrinin açılışındakı fotoları əsasında İSİM tərəfindən hazırlanan video nümayiş olunub, Ümumilli lider Heydər Əliyevin nitqləri və fotoları əsasında hazırlanaraq çap edilən nəşrlər iştirakçılara təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

