Mərkəzi Neftçilər Xəstəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025 19:27

Yaponiya hökuməti tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasına ianə edilən tibbi avadanlıqların təqdimat mərasimi keçirilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, bu ianə xalqlarımız arasında yalnız dostluğun rəmzi deyil, həm də Yaponiyanın qlobal miqyasda əhalinin sağlamlığının qorunmasına və humanitar dəstəyə sadiqliyinin göstəricisidir.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu avadanlıqlar tibb müəssisəsinin maddi-texniki bazasını gücləndirməklə yanaşı, həkimlərin müasir texnologiyalarla işləməsinə şərait yaradır. Nəticədə, vətəndaşlara yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edir.

 

Yaponiyanın səfiri Vatanebe Katsuyanın sözlərinə görə, layihə çərçivəsində xəstəxanaya ölkəsinin aparıcı şirkətlərindən üç növ tibbi avadanlıq - angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olunub.

 

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, müasir tibbin tələblərinə cavab verən avadanlıqlara, xüsusilə angioqrafiya aparatına xəstəxanada ehtiyac var idi. 3D görüntüləmə funksiyası ilə təchiz olunmuş cihaz sayəsində koronar angioqrafiya, stentləmə, TAVI (Transkateter aorta qapağı implantasiyası), EVAR (anevrizmanın endovaskulyar metodla bərpası) kimi mürəkkəb və həyati əhəmiyyət daşıyan müdaxilələri icra etmək mümkündür.

 

Yeni avadanlıqlar MNX-da icbari tibbi sığorta ilə vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edəcək.

 

Qeyd edək ki, tibbi avadanlıqların ianəsi Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə imzalanmış Notalar Mübadiləsi sənədlərinə əsasən baş tutub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır