Sağlam bildiyimiz bu qida əslində...
10.05.2025 13:58

Qida dəyərinə, liflə zənginliyinə və ən əsası xərçəng əleyhinə təsirinə görə təriflənən qəhvəyi düyü ağ düyüdən daha sağlam hesab edilir. Lakin Miçiqan Dövlət Universitetinin alimləri bu düyünün, hətta xərçəngə səbəb olduğunu aşkar ediblər.

 

Aztibb.az xəbər verir ki, ABŞ-da yetişdirilən düyü nümunələri üzərində aparılan analizlərin nəticələri göstərib ki, qəhvəyi düyünün xarici qatında - yəni kəpəyində zərərli anorganik arsenin miqdarı daha yüksəkdir. Alimlər müəyyənləşdiriblər ki, qəhvəyi düyüdə zərərli anorganik arsenin payı 48 faiz, ağ düyüdə isə bu göstərici 33 faiz təşkil edir. "Lancet Planetary Health" jurnalında dərc edilən araşdırmaya görə, düyüdə arsen miqdarı iqlim dəyişikliyi səbəbindən artır. Bu, xüsusilə Asiya ölkələrində 2050-ci ilə qədər milyonlarla insanı xərçəng riski ilə üz-üzə qoya bilər. ABŞ-ın Kolumbiya Universitetinin alimləri bildirirlər ki, temperaturun 2 dərəcədən yuxarı qalxması və atmosferdəki karbon dioksid səviyyəsi arsen kimi zərərli maddələrin düyü dənələrinə daha asan keçməsinə şərait yaradır.

 

Qeyd edək ki, düyü müxtəlif arsen formaları ehtiva edir - həm orqanik, həm də anorganik. Anorganik arsen insan üçün təsdiqlənmiş kanserogendir, yəni xərçəng riskini artırır. Düyü torpaqdakı və sudakı anorganik arsenin böyük hissəsini hopdura bilir. Çünki o, çox məsaməli bitkidir və su ilə dolu sahələrdə yetişdirilir. Qəhvəyi düyü bu zərərli arsen formasını öz xarici təbəqəsində topladığı üçün onu yeyən insanlar xərçəng yaradan maddəyə daha yüksək səviyyədə məruz qalırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır