Zəhərli çiyələyi belə tanıyın!
11.05.2025 09:57

Yazın gəlişi ilə çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri də çiyələkdir. Lakin onun mövsümünü gözləməyib süni şəraitdə yetişdirilənini istehlak edənlər az deyil. Bu isə sağlamlıqla bağlı bir çox təhlükələrə yol aça bilər.

 

Aztibb.az xəbər verir ki, hazırda bazarlarda təklif olunan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələrə isə daha çox hamilə və süd verən qadınlar, uşaqlar meyil edir. Bu da onların sağlamlığını böyük risk altına atır. Dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara, uzunmüddətli istifadə zamanı isə hətta qaraciyər funksiyasının pozulmasına da səbəb olur.

 

Ekspertlər bildirirlər ki, çiyələk alarkən təbii görünüşlü, orta ölçülü, solğun olanları seçmək lazımdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq lazımdır. Süni yetişdirilən çiyələyi isə suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə edərək yumaq tövsiyə olunur. Bu, onun tərkibində olan pestisid qalığını müəyyən qədər azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır