Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür
05.05.2025 10:31

1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib.

 

Aztibb.az xəbər verir ki, Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı, ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

 

Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.

 

Ölkəmizdə həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, uğurlar ildən-ilə artır. Həmin peşə üzrə mütəxəssislərin hazırlanmasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu xüsusi əhəmiyyət kəsb edir. Bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir. İnstitut kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın bütün doğuşa yardım müəssisələri üçün də metodik mərkəz rolunu oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır