TƏBİB əməkdaşları “Bakı Marafonu 2025”də iştirak ediblər
05.05.2025 08:37

TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də iştirak ediblər.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, “Küləyə qalib gəl” şüarı ilə 8-ci dəfə təşkil olunan marafonda iştirakçılar 21 km-lik məsafə qət ediblər.

 

Eyni zamanda, TƏBİB marafon boyunca tibbi xidmətlərin təşkilini təmin edib.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Dövlət Bayrağı Meydanının, Su İdmanı Sarayının, “Dəniz Mall” ticarət mərkəzinin, Bakı Dəniz Vağzalının, “Sahil” metrostansiyasının, Ağ şəhər dairəsinin yaxınlığına təhkim olunublar. Ümumilikdə 1-i ehtiyat olmaqla, 8 briqada cəlb olunub.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır