Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar    
04.05.2025 19:20

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edərək, burada həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə əyani tanış olublar.

 

Aztibb.az Report-a istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəz haqqında ətraflı məlumat verib. O bildirib ki, burada əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə təlim və məşğələlər təşkil olunur. Eyni zamanda, benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar. Nazir qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan etibarən Mərkəzdə 120-dən çox müxtəlif tədbir keçirilib. Mərkəz və onun İsmayıllıda, Bərdədə yerləşən “DOST Evi” filiallarında ümumilikdə 700-dən çox şəxsə xidmətlər göstərilib. Hazırda isə 200-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlimlərə cəlb olunmaqla onların şəxsi və peşə bacarıqlarının inkişafına dəstək göstərilir. Vurğulanıb ki, benefisiarların əl işləri bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

 

Leyla Əliyeva ilə Arzu Əliyeva Mərkəzdə təlimçilərin və benefisiarların dulusçuluq, xalçaçılıq, təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış olublar. Daha sonra müəssisənin əlilliyi olan təlimçisi tərəfindən 5 May - “Xalçaçı Günü” münasibətilə hazırlanmış, İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olunub.

 

Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçilərinin və benefisiarlarının təqdim etdikləri inklüziv konsert proqramını izləyiblər.

 

Tədbirin sonunda IDEA könüllülərinin də iştirakı ilə Mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirilib.

 

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı hesab olunur.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır