Professor Vaqif Qələndər Avropada ali mükafata layiq görülüb  
04.05.2025 11:30

Azərbaycan Tibb Universitetinin professoru, tanınmış plastik-rekonstruktiv cərrah, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru Vaqif Qələndər həmin akademiyanın təqdimatı əsasında bu günlərdə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, o, dünya tibb elminə verdiyi nəzəri və elmi-təcrübi töhfələrinə görə, bu akademiyanın ali mükafatı olan Avropa Şərəf Ordeni ilə təltif edilib. Qeyd edək ki, professor V.Qələndər bu mükafata layiq görülmüş ilk azərbaycanlı həkimdir.

 

Məlumat üçün bildirək ki, bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan V.Qələndərin 6 yeni cərrahiyyə metodu, həmçinin 78 elmi əsəri bir sıra xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib.

 

ABŞ-ın Florida Universitetindən Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində professorun “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu “Vaqif Qələndər metodikası” kimi yer alıb və tədris olunur. O həm də Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, həmçinin Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır