Çinli mütəxəssislər Səhiyyə Nazirliyinin elmi-tədqiqat müəssisələri ilə tanış olublar
03.05.2025 13:26

Azərbaycanda səfərdə olan Çin Milli İnsan Genomu Mərkəzinin Kliniki Tibb Departamentinin direktoru Lin Şi və Bazarın Əməliyyat Departamentinin direktoru Zhihua Quo Səhiyyə Nazirliyinin bir sıra elmi-tədqiqat institut və mərkəzləri ilə tanış olublar.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, ziyarətin məqsədi genom tədqiqatları və hüceyrə terapiyaları sahəsində Çin və Azərbaycan arasında elmi əməkdaşlıq perspektivlərini müzakirə etmək, məlumat və təcrübə mübadiləsi aparmaq olub.

 

Çin nümayəndə heyətinə nazirliyin Elmi Cərrahiyyə Mərkəzi, Sanator-Kurort Reabilitasiya Mərkəzi və V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun fəaliyyəti, yaranma tarixi, struktur bölmələri və son illərdə həyata keçirilən tibbi və elmi yeniliklər haqqında ətraflı məlumat verilib.

 

Görüşlər zamanı xüsusi olaraq kök hüceyrə texnologiyaları və regenerativ tibb sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, bu texnologiyaların damar, oynaq, sinir və digər sistem xəstəliklərinin müalicəsində tətbiq imkanları üzərində fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır