Diabetik ayaq sindromu – Gizli təhlükə  
10.05.2025 14:55
Diabetik ayaq sindromu şəkərli diabetin ağırlaşmalarından biridir. Bu problem əsasən qan dövranının zəifləməsi və sinir zədələnməsi nəticəsində baş verir.
 
Aztibb.az xəbər verir ki, diabetli insanlarda qanda qlükoza səviyyəsi uzun müddət yüksək olduqda sinir uclarının zədələnməsi nəticəsində ayaqlarda hissiyyat azalır, toxumaların sağalması ləngiyir, infeksiya riski artır.
 
Bu sindrom əsasən ayaqlarda hissiyyatın azalması, şişkinlik, yaraların gec sağalması, dəri rəngində dəyişiklik, temperaturun artması kimi əlamətlərlə özünü göstərir.
 
Diabetik ayaq sindromundan qorunmaq üçün:
Qanda qlükoza səviyyəsini nəzarətdə saxlayın;
Gündəlik ayaq baxımına diqqət edin;
Rahat və ortopedik ayaqqabılar geyinin;
Ayaqlarınızı isti və quru saxlayın;
Fiziki aktivliyi artırın;
Mütəmadi olaraq həkim müayinəsindən keçin.
 
Erkən diaqnoz və düzgün baxımla diabetik ayaq sindromunun qarşısını almaq mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır