Pirallahı Tibb Mərkəzinə mediatur təşkil edilib  
02.05.2025 16:30

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Pirallahı Tibb Mərkəzinə mediatur təşkil olunub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini mərkəzdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və onların pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə şərait yaratmaqdır.

 

Mərkəzin direktoru Azər Zeynalov mediatur iştirakçılarına müəssisədə tibbi xidmətlərin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. A.Zeynalov bildirib ki, icbari tibbi sığortanın tətbiqi mərkəzin fəaliyyətində keyfiyyət baxımından mühüm irəliləyişə səbəb olub:“115 çarpayılıq xəstəxanada Poliklinika, Yoluxucu xəstəliklər, Doğum-Ginekologiya, Terapiya, Uşaq, Cərrahiyyə, Anesteziologiya-Reanimasiya, Fizioterapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbələri fəaliyyət göstərir. Mərkəz müasir portativ USM cihazları, holter, elektroensefaloqrafiya, elastometriya və oftalmoloji avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar tibbi müayinələr və əməliyyatlar üçün xüsusilə əhəmiyyətlidir. Həmçinin sığortanın tətbiqi ilə xəstəxanada laboratoriya xidmətləri beynəlxalq standartlara cavab verən səviyyədə qurulub”.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib ki, icbari tibbi sığortanın tətbiqindən sonra mərkəzdə öncə icra olunmayan müxtəlif qarın boşluğu və ginekoloji əməliyyatların icrasına başlanılıb:”İlk dəfə olaraq göz daxilində patoloij damarların yaranmasını və mövcud damarların sızmasını azaltmaq üçün göz daxilinə avastin inyeksiyalarının tətbiqi ilə müalicəvi prosedurlara başlanılıb. Ötən il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 minə yaxın cərrahi əməliyyat icra olunub. Bunlara əsasən hamiləlik, doğuş xidmətləri, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri üzrə cərrahi əməliyyatlar daxildir. Qeyd edilən dövr ərzində mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət olunub, 350 mindən çox xidmət göstərilib”.

 

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin bildirdiyinə görə, ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib. Bu zaman tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərin verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib. Departament rəhbərinin sözlərinə görə, monitorinq zamanı müsbət cəhətlərin qeydə alınması ilə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyənləşib və bununla bağlı müvafiq tədbirlər görülüb. “Ümumiyyətlə, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da, ümumi məmnunluğu artırmaqdır. Monitorinqlər dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır. Cari ildə də rayon mərkəzi xəstəxanalarında monitorinqlər davam etdirilir”, - deyə Hikmət İbrahimli vurğulayıb.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib ki, mərkəz həm yerləşməsinə, həm də xidmət göstərdiyi əhali sayına görə seçilir: “Mərkəz təqribən 20 min vətəndaşımızı tibbi xidmətlə təmin edir. Əlavə olaraq bildirim ki, Çilov Ailə Sağlamlıq Mərkəzi də Pirallahı Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərir və 200 nəfərə yaxın vətəndaşa tibbi xidmət göstərir. Bu tibb müəssisəsi Bakı tibbi ərazi bölməsinə daxil olan xəstəxanalar arasında mərkəzə ən uzaq məsafədə yerləşən səhiyyə ocağıdır. Buna baxmayaraq, infrastruktur, tibbi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu baxımından TƏBİB-in qabaqcıl tibb müəssisələrindəndir.”

 

Mediatur iştirakçıları mərkəzdə icbari tibbi sığorta hesabına müalicə olunan vətəndaşları ziyarət edib, rəylərini öyrəniblər. Həmçinin, onlar xəstəxananın şöbələrinin fəaliyyəti ilə tanışlıq olublar. Daha sonra tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər.

 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır