Laçında oftalmoloji AKSİYA: 150-yə yaxın vətəndaş müayinə olunub
02.05.2025 15:56

Səhiyyə Nazirliyi və nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən mayın 1-2-də Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılıb.

 

İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

 

Aksiya zamanı qeyd edilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

 

Həkim oftalmoloq Rövşən Rəcəbli aksiya zamanı müxtəlif patoloji xəstəlikləri olan sakinlər müraciət edib: "Patologiyalar arasında refraktiv qüsurlar, diabetik retinopatiya, qlaukoma, katarakta üstünlük təşkil edib. Bəzi xəstələrin qlaukoma və diabetik retinopatiya xəstəliyindən xəbərsiz olduğu müəyyənləşib. Bu xəstəliklərin isə vaxtında aşkarlanması və müalicə olunması gələcəkdə görmənin itirilməsinin qarşısını almağa kömək olur".

 

Tibbi müayinələr zamanı, həmçinin aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 150-yə yaxın vətəndaş müayinədən keçib.

Tibbi müayinədən keçən Laçın sakini Əlövsət Məmişov da belə aksiyaların keçirilməsinin əhəmiyyətli olduğunu bildirib: "Laçında əhali üçün səyyar tibbi müayinənin təşkil olunması çox gözəl təşəbbüsdür. Biz də Laçın sakini olaraq müayinədən keçdik. Həkimlər sağ olsun, tez bir zamanda müasir avadanlıqlarla bizi müayinə etdilər. Mənim gözümdə sulanma olur, müayinədən sonra lazımi müalicə yazıldı”.

 

Qeyd edək ki, işğaldan azad edilən digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub