Təzyiqə dərman – gündə 1 banan...  
10.05.2025 10:25

Yüksək qan təzyiqi bu gün ən çox yayılmış xroniki sağlamlıq problemlərindən biridir. Həyat tərzi, qidalanma və streslə birbaşa əlaqəli olan bu narahatlıq infarkt və insult kimi ciddi xəstəliklərə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bananın tərkibindəki yüksək kalium qan təzyiqini tarazlaşdırmağa kömək edir. Kalium bədəndəki natrium balansını tənzimləyir, damarların genişlənməsinə və qan təzyiqinin normal səviyyədə qalmasına imkan verir. Bu, bananın hipertoniya zamanı faydalı meyvə olduğunu göstərir. 

 

Dietoloqlar bildirirlər ki, gündə bir banan yemək kalium ehtiyacını ödəyir. Ancaq tərkibində yüksək şəkər olduğu üçün həddindən artıq yemək məsləhət deyil. Xüsusilə şəkərli diabet xəstələri banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. 

 

Banan kaliumla zəngin olsa da, yüksək təzyiqi tam endirmir. Duz miqdarının azaldılması, müntəzəm məşq, su qəbulu və dərman müalicəsi də vacibdir. 

 

Gündə bir orta ölçülü banan yemək kifayətdir. Yetişmiş banan şirin olduğundan az yeyilməlidir. 

 

Sidikqovucu dərman qəbul edən xəstə kalium preparatları ilə bağlı həkimə müraciət etməlidir. Banan qan təzyiqi xəstəsi üçün sağlam pəhrizin bir hissəsi kimi təbii əlavə ola bilər. Ancaq hər bir fərdin sağlamlığı fərqli olduğundan, pəhrizdə dəyişiklik etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır