ATU-nun 95 illiyinə həsr olunan idman festivalı keçirilib  
02.05.2025 11:34

Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris İdman Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat” səyyar layihəsi çərçivəsində universitetin 95 illik yubileyinə həsr olunmuş idman festivalı keçirilib.


Aztibb.az-a ATU-dan verilən məlumata görə, festivalın əsas məqsədi tələbələr və universitet əməkdaşları arasında sağlam həyat tərzinin təbliği, kütləvi bədən tərbiyəsinin təşviqi və idmanın gündəlik həyata inteqrasiyasına dəstək vermək olub.

 

Mərkəzin rəhbəri Qələndər Aslanovun verdiyi məlumata görə, tədbirdə universitetin 500-ə yaxın tələbə və əməkdaşı iştirak edib: “Festival çərçivəsində iştirakçılar üçün həm əyləncə xarakterli idman yarışları, həm də müxtəlif yaş qruplarına uyğun fiziki hazırlıq normativlərinin yoxlanılması təşkil olunub. Hər bir iştirakçı əvvəlcədən qeydiyyatdan keçib, öz yaş kateqoriyasına uyğun normativlərlə tanış edilib və “Təbib” Tədris İdman Mərkəzinin peşəkar məşqçi-müəllimlərinin dəstəyi ilə bu normativləri yerinə yetirib”.


Tədbirə xüsusi rəng qatan məqamlardan biri də “Ana məktəbi” uşaq bağçasından dəvət edilmiş 10 nəfər azyaşlının iştirakı olub. Onların enerjili və şən çıxışları alqışlarla qarşılanıb. Festivalın sonunda uğurla iştirak edən 145 nəfər Gənclər və İdman Nazirliyinin sertifikatları ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır