Autizmli uşaqlar üçün festival
02.05.2025 09:49

Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda autizmli uşaqlar üçün festival keçirilib.

 

Aztibb.az-a Akademiyadan bildirilib ki, festivalda İDDO Psixi Sağlamlıq Proqramı ilə yanaşı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tibbi Sığorta, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Yeni Klinika və digər təşkilatlar iştirak edib.

 

Açılış mərasimində çıxış edən İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova bildirib ki, festivalın məqsədi autizmli uşaqların vaxtlarının səmərəli keçirilməsi və onların cəmiyyətə inteqrasiyalarını sürətləndirilməsindən ibarətdir. Proqram çərçivəsində autizmli uşaqların təhsili, məşğulluğu və istedadlarının üzə çıxarılması məsələləri daim diqqət mərkəzindədir.

 

Artıq 3 ildir ardıcıl olaraq keçirilən festival ənənəyə çevrilib və autizmli uşaqlar üçün daha əhatəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qonaq qismində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İDDO Psixi Sağlamlıq Proqramının əhəmiyyətindən danışıb.

 

Tədbir konsert proqramı ilə davam edib. Autizmli uşaqlar mahnı və rəqslərlə çıxış ediblər. Tədbir iştirakçıları autizmli uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

 

Sonra Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, dosent Gülnarə Əhmədovaya və digər qurumların rəhbərlərinə autizmli uşaqların cəmiyyətə inteqrasiyasında fəal iştiraklarına görə Fəxri Fərmanlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır