Bədənimizdə vitamin çatışmazlığını necə bilək?  
05.05.2025 16:37
Vitaminlər orqanizmdə mühüm rol oynayır. Belə ki, onlardan hansısa birinin çatışmaması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. İnsan, əlamətlərə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyini təxmini müəyyən edə bilər.
 
Aztibb.az-ın xəbərinə görə, bir çox vaxt vitamin çatışmazlığı gözlərdə problemə səbəb olur, görmə qabiliyyətini zəiflədir. Çünki gözün hər şeyi rəngli görə bilməsi A vitamini ilə bağlıdır. Gün ərzində insan nə qədər televizorda rəngli kadrlara baxırsa, bir o qədər A vitamini sərf edir. A vitamini saçın möhkəmliyi üçün vacibdir, o, keratinin sintezində iştirak edir. Amma A vitamini normadan artıq olanda qaraciyərdə müəyyən xəstəliklər yaradır.
 
B vitamin çatışmazlığı isə adətən, mədə-bağırsaq və sinir sistemində problemlər yaradır. Lakin B1-B12 vitaminlərinin çatışmazlığı ayrı-ayrılıqda xəstəliklər yarada bilir. B1 çatışmazlığı beri-beri xəstəliyini yaradır. Beri-beri olduqca ağır xəstəlikdir. B1 çatışmazlığı həm də mədə-bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Ona görə də şəkərli diabet olan xəstələrin ayaqlarında neyropatiya yaranır. Bunun üçün şəkər xəstələrinə qara çörək məsləhət görülür.
 
C vitamin çatışmazlığı isə dişin dibində irinli yaralar əmələ gətirir. C vitamini həm də antioksidant maddə olduğuna görə orqanizmin hüceyrələrinin müdafiə sistemində çox yaxşı iştirak edir.
 
D vitamini isə orqanizmi kalsiumla təmin edir. Kalsium isə dəri, əzələ və sümük sisteminin möhkəmlənməsinə yardım edir. Yəni D vitamini çatışmayanda bədəndə kalsium da azalır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır