Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda 600-ə yaxın uşaq ilkin müayinələrə cəlb olunub
01.05.2025 16:03
TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Laçın, Beyləqan, Şabran, Siyəzən və Yevlax rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin müayinələri həyata keçirilir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Laçın rayonu Zabux kənd tam orta məktəbində, Beyləqan rayon Dünyamalılar kənd Ə.Şirinov adına 1 nömrəli tam orta məktəbində və Ə.Rzayev adına 2 nömrəli tam orta məktəbində, Şabran Rayon Mərkəzi Xəstəxanası və müəssisənin tibb heyəti tərəfindən Şabran rayon Ə. Quliyev adına Şahnəzərli kənd tam orta məktəbində, Mərkəzi Ailə Sağlamlıq Mərkəzində, habelə Gəndov kənd tam orta məktəbində, Siyəzən rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə və Yevlax şəhərində fəaliyyət göstərən Sahib Əliyev adına 1 saylı tam orta məktəbdə baş tutan müayinələr zamanı həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah və s. ixtisaslı mütəxəssislər tərəfindən uşaqlar icbari dispanserizasiya çərçivəsində müayinə olunublar.
Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda yalnız bir gün ərzində 600-ə yaxın uşaq ilkin müayinələrə cəlb olunub. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.
Bu bölməyə aid digər xəbərlər
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 | 11:48
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 | 08:47
Səhiyyə Nazirliyi: Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
22.08.2026 | 15:34
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 | 14:52
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
19.08.2026 | 14:42
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 | 12:45
Sosial media platformalarında paylaşılan məlumatlar gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur
18.08.2026 | 12:35
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
18.08.2026 | 10:31
Buludlu havada da günəş kremindən istifadə etmək lazımdır
17.08.2026 | 19:38
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12

