Spirt “şəkər”i alovlandırır  
01.05.2025 16:39

Bəzi insanların fikrincə, şəkər xəstələrinə müəyyən miqdarda meyvə arağı içmək xeyirdir. Amma araşdırmalar onu göstərir ki, bu fikir kökündən yanlışdır. Alkoqol diabetdən əziyyət çəkən insan üçün inanılmaz dərəcədə təhlükəlidir.

 

Aztibb.az xəbər verir ki, rusiyalı endokrinoloq və genetik Kristina Kuznetsova jurnalistlərə bu barədə açıqlamasında bildirib ki, spirt orqanizmdə mühüm orqanların fəaliyyətini pozur. Onlardan biri də şəkər xəstələri üçün zəruri olan insulin istehsal edən orqandır:

 

"Şəkər xəstəliyindən əziyyət çəkən insan üçün spirt közü alovlandırmaq kimidir. Alkoqoldan istifadə, hətta, ölümlə nəticələnə bilər. Çünki spirt insulin istehsal edən qaraciyər və mədəaltı vəzin fəaliyyətini pozur".

 

Endokrinoloq diabetdən əziyyət çəkən insanlara ciddi fəsadların qarşısını almaq üçün tövsiyə edib:

– pəhrizə riayət etmək;

– qanda insulin səviyyəsini mütəmadi olaraq izləmək;

– sağlam həyat tərzinə əməl etmək lazımdır.

 

Həkim vurğulayıb ki, bu xəstəlik digər orqanların işinə mənfi təsir göstərdiyi üçün, xüsusilə, təhlükəlidir. Şəkərli diabet ürəyə, böyrəklərə, qaraciyərə və qan damarlarına ziyan vurur.

"Spirt və çaxır isə qan damarlarını təmizləmir, əksinə, onun elastikliyini azaldır. Buna görə də alkoqoldan uzaq durmaqda fayda var".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır