ATU-nun kafedra müdiri ölkəmizi beynəlxalq konqresdə təmsil edib  
30.04.2025 10:42

Türkiyənin Antalya şəhərində Türk Toraks Dərnəyinin təşkilatçılığı ilə ağciyər xəstəlikləri üzrə beynəlxalq konqres keçirilib. 

 

Konqresdə ölkəmizi ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov təmsil edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o,  ağciyər vərəmi işçi qrupunun “Klinik təcrübədə vərəmin müalicəsi, müşahidəsi və yan təsirlər” toplantısında moderator və müzakirəçi kimi iştirak edərək, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıb. 

 

Avropa Respiratorlar Cəmiyyəti, Amerika Torokal Cəmiyyəti və s. beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı konqresdə hava çirklənməsi və tütünçəkmənin tənəffüs orqanlarına zərərli təsiri, bronxial astma, ağciyər vərəmi, interstisial ağciyər xəstəlikləri, ağciyərlərin xronik obstruktiv xəstəliyi və digər ağciyər patologiyalarının diaqnostika və müalicəsinə müasir yanaşmalara həsr olunmuş məruzələr dinlənilib..

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub