Rezidenturaya qəbul yerləri ali tibb təhsili üzrə məzunların sayına uyğunlaşdırılacaq  
29.04.2025 14:49

Rezidenturaya qəbul yerlərinin sayının ali tibb təhsili üzrə məzun olan şəxslərin sayına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Bu prosesin həyata keçirilməsində mövcud klinik bazaların imkanları da nəzərə alınır. Bundan başqa, hazırda rezidentura proqramında ailə həkimi ixtisası mövcuddur və bu istiqamətdə kadr hazırlığı davam edir. Eyni zamanda, bölgələrdə ailə həkimi təminatının yaxşılaşdırılması məqsədilə konkret təkliflər hazırlanır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşu çərçivəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova söyləyib.

 

Nazirlik rəsmisi, həmçinin vurğulayıb ki, tibb işçilərinin bölgələr üzrə qeyri-bərabər paylanması problemi mövcuddur və əsas tibbi kadrlar paytaxt Bakıda cəmləşib. Bu vəziyyətin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi tərəfindən bir sıra təkliflər hazırlanmaqdadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə tibbi xidmətlərin regional əlçatanlığını artırmağa və səhiyyə sisteminin balanslı inkişafına yönəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır