Yaşıl soğan sağlamlıq üçün faydalı məhsuldur
04.05.2025 08:45

Tərkibindəki C vitamini ilə soğan insanın immun sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimət qazandırır, qış aylarında qrip və soyuqdəymədən qoruyur. Liflə zəngin olduğundan həzm sisteminin müntəzəm işləməsinə kömək edir, qəbizlik və mədə problemlərində faydalıdır.

 

Aztibb.az xəbər verir ki, göy soğanın tərkibindəki natrium qan təzyiqini tənzimləyir, antioksidantlar və flavonoidlər arterial damarlarda xəstəlik riskini azaldır. Müntəzəm yeyildikdə təzə soğan ürək xəstəliklərinin qarşısını alır. Bu göyərti bədəndən toksinləri çıxarır, sidikqovucu kimi böyrəklərin və qaraciyərin daha səmərəli işləməsinə kömək edir, təbii detoks prosesini sürətləndirir və sağlamlığı yaxşılaşdırır.

 

Göy soğandakı kükürd birləşmələri və antioksidantlar xərçənglə mübarizə aparır. Bəzi araşdırmalar göstərir ki, ondan davamlı istifadə xərçəng riskini azaldır O, sümük sağlamlığı üçün vacib olan K vitamini ilə də zəngindir. Bu vitamin isə osteoporoz xəstəliyinin qarşısını alır.

 

Nəhayət, iltihabı azaltmağa və vaxtından əvvəl qocalma əlamətlərinin qarşısını almağa kömək edən soğandakı vitamin və minerallar dəriyə daha sağlam görünüş verir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib