İşəgötürənlər işçilərin əlillik məlumatlarını izləyə biləcəklər
29.04.2025 15:31

“Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) yeni funksionallıq əlavə edilib.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, yeniliyə əsasən, işəgötürənlər sistem üzərindən işçilərin əlilliyi ilə bağlı məlumatları siyahı formasında əldə edə biləcəklər. Bununla yanaşı, ƏMAS-ın “Statistik məlumatlar” altbölməsinə “Əlillik qrupları üzrə say” adlı yeni bölmə də əlavə olunub. Bu bölmə vasitəsilə orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilərin sayı ilə bağlı ümumi statistik məlumatlar təqdim olunur.

 

Yeni funksionallıq işəgötürənlərə əlilliyi olan işçilərin sayını əlillik qrupları üzrə daha dəqiq və strukturlaşdırılmış formada izləməyə imkan verəcək. Bu da müəssisələrdə inklüzivlik və sosial məsuliyyət prinsiplərinin daha effektiv şəkildə tətbiqinə şərait yaradır.

 

ƏMAS-da həyata keçirilən bu yenilik əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını təşviq edir və inklüziv məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır