Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib
29.04.2025 11:51
Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.
 

Beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

Bu barədə Aztbb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq bildirib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

 

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.

 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23 aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını diqqətə çatdırıb: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafını sürətləndirəcək”.

 

“Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir”, - deyə Teymur Musayev bildirib.

 

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir: “Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.

 

“Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

 

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb.

 

Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir