Oğuzdakı orta məktəblərdə İİV-lə bağlı maarifləndirmə tədbirləri keçirilib
30.04.2025 07:36
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə Oğuz şəhərindəki orta məktəblərdə şagirdlər üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri keçirilib.
 
RQMM-dan Aztibb.az-a bildirilib ki, tədbirlərdə Oğuz şəhər 2 nömrəli İnternat tipli texniki və təbiət fənləri təmayüllü liseyin, Oğuz şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin, rayonun Qumlaq və Padar kənd tam orta ümumtəhsil məktəblərinin, Xaçmaz kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Aksiyalarda məktəblilərə sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə olunub.
 
Tədbirlərdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzin mütəxəssisi Dilşad Mahmudovanın xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatlarları xüsusi maraqla qarşılanıb.
 
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar, vərəqlər paylanılıb.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır