Tərtərdə akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tibbi humanitar aksiya keçirilib
28.04.2025 21:14

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tibbi humanitar aksiya keçirilib.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində Tərtər rayonu Bəyimsarov kəndində məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi təşkil olunub. Ardınca şəhid ailələri ziyarət edilib.

 

Daha sonra “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans baş tutub. Tərtər Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də iştirak edib.

 

Çıxışında görkəmli oftalmoloqun ömür yoluna toxunan Agentliyin İdarə Heyətinin sədri Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyə tarixində dərin iz buraxdığını bildirib: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz bu dəyərli irsi yaşatmaq, səhiyyə xidmətlərini əhalimiz üçün daha əlçatan etmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gün artıq göz xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi, eləcə də cərrahi əməliyyatları icbari tibbi sığorta çərçivəsində təminata daxildir", - Z.Əliyev bildirib.

 

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri, İcmanın Ağsaqqallar Şürasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoyub.

 

Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli oftalmoloqun yüksək nailiyyətlərindən, öz peşəsinə sevgisindən danışıb, Tərtər rayonunda keçirilən tibbi humanitar aksiyanın önəmini vurğulayıb.

⁠

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibbi aksiyanın bölgə əhalisi üçün əhəmiyyətindən danışıb və bu kimi təşəbbüslərin davamlı olmasının vacib olduğunu deyib.

 

Tədbirdə, həmçinin ⁠İcmanın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Nağıqızı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bilogiya elmləri doktoru, Ağsaqqallar Şürasının üzvü professor Elşad Qurbanov, İcmanın Qadınlar Şurası sədrinin müavini, tibb elmləri üzrə fəlsəfə doktoru Aytən Sultanova da çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib