“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib  
28.04.2025 16:43

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), TƏBİB və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında “Yanıq yaralarının müalicəsi” mövzusunda 5 günlük təlimə başlanılıb.

 

Yanıq xəstələrinin müalicəsində müasir yanaşmaların tətbiqini təşviq etmək, tibb işçilərinin nəzəri və praktiki biliklərini artırmaqdan ibarət olan təlimin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik, cərrahiyyə tibb elmləri doktoru, uşaq cərrahiyyəsi mütəxəssisi Sabri Demir, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi və tibb işçiləri iştirak ediblər.


Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.


Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini A.İsrafilov beynəlxalq əməkdaşlıq layihələrinin səhiyyə xidmətlərində keyfiyyətin yüksəlməsinə təsir etdiyini və inkişafa təkan verdiyini xüsusi vurğulayıb.

 

TİKA ilə əməkdaşlığın əhəmiyyətindən söz açan Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli isə təlimin təşkilatçılıq məqsədləri və iştirakçılardan gözləntilər barədə məlumat verib, burada qazanılan bilik və bacarıqların ölkə səhiyyəsinə töhfə verəcəyini istisna etməyib.

 

TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik çıxışında Türkiyə və Azərbaycan arasında səhiyyə sahəsində inkişaf edən əməkdaşlıqdan bəhs edib. O, yanıq müalicəsi sahəsində Türkiyənin əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməkdən məmnun olduqlarını bildirib.

 

Daha sonra cərrahiyyə tibb elmləri doktoru, uşaq cərrahiyyəsi mütəxəssisi Sabri Demir yanıq yaralarının müalicəsində ən son elmi yeniliklərin və beynəlxalq standartlara uyğun müasir yanaşmaların əhəmiyyətindən danışıb.

 

Tədbirin sonunda iştirakçılar qarşıdakı beş gün ərzində keçiriləcək nəzəri və praktiki sessiyalar haqqında məlumatlandırılıblar.

 

Qeyd edək ki, 5 gün davam edəcək təlim çərçivəsində tibb işçiləri yanıq xəstələrinin müalicəsində ən son metod və yanaşmalar haqqında məlumatlandırılacaq, nəzəri və praktik təcrübələr əldə edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır