Bu qidalar gəncləri vaxtından tez qocaldır
05.05.2025 16:22

Finlandiyalı elm adamları qeyri-sağlam qida və içkilərin gənclərdə bioloji qocalmanı sürətləndirdiyini müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, "Clinical Nutrition" (CliNut) elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, bioloji yaş orqanizmin vəziyyətini hüceyrə səviyyəsində əks etdirir və xronoloji yaşdan fərqlənir.

 

Alimlər bioloji yaşı ölçmək üçün epigenetik saatlardan (DNT metilasiyasını təhlil edən modellər) istifadə ediblər. Tədqiqata 20-25 yaş arası 826 əkiz cəlb olunub. İştirakçılar 55 qida məhsulunun istehlak tezliyini göstərən anketləri doldurublar. Tədqiqatçılar fiziki fəaliyyət, siqaret və bədən çəkisi kimi digər həyat tərzi faktorlarını da nəzərə alıblar. Nəticələr göstərib ki, meyvə və tərəvəzləri az, qırmızı və emal olunmuş ət, "fastfood" qidalar, şəkərli içkilərdən isə çox istifadə edənlər bioloji qocalma ilə qarşılaşırlar. Bunun əksinə olaraq, sağlam pəhrizlə qidalanan iştirakçılar daha yavaş qocalmağa meyillidirlər. Tədqiqatda, həmçinin müəyyən edilib ki, genetika, pəhriz və yaşlanma arasındakı əlaqə də mühüm rol oynayır. Lakin alimlərin fikrincə, insanlarda genetik meyil olsa belə, düzgün pəhriz qocalma prosesini ləngidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır