Ağırlıq qaldırmağın faydaları üzə çıxdı
06.05.2025 08:20

Braziliyanın Kampinas Dövlət Universitetinin (UNICAMP) alimləri sübut ediblər ki, müntəzəm ağırlıqqaldırma məşqləri yaşlı insanlarda idrak funksiyalarını və beynin quruluşunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

 

Aztibb.az xəbər verir ki, "GeroScience" jurnalında dərc edilən araşdırmaya yüngül idrak pozğunluğu olan 44 nəfər cəlb olunub. Həftədə iki dəfə məşq edən iştirakçılar şifahi epizodik yaddaşda əhəmiyyətli yaxşılaşma nümayiş etdiriblər. Nəzarət qrupundakı digər məşq etməyən iştirakçılarda isə göstəricilər pisləşib. Araşdırmalar göstərib ki, uzunmüddətli məşqlər demensiyanın inkişafını ləngidə bilər.

 

Alimlər bildiriblər ki, məşqlər beyində neyronların böyüməsi üçün vacib zülalların istehsalını stimullaşdırır. Bu isə orqanizmdə iltihabı azaltmaqla neyrodegenerasiyanın qarşısının alınmasında həyati əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır