Beynəlxalq konfrans: "Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi”
26.04.2025 12:05

 

TƏBİB-in təşkilatçılığı ilə Bakıda “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, konfransın əsas məqsədi autoimmun xəstəliklərin laborator diaqnostikasında tətbiq olunan müasir üsullar, eləcə də kliniki yanaşmalar barədə tibbi ictimaiyyətə məlumat vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsini təşviq etməkdir.

 

Tədbirdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin böyük məsləhətçisi Fəxriyə Rüstəmova, Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Çinarə Hacıyeva, İnnovasiya və Təchizat Mərkəzinin şöbə müdiri Qumral Ələkbərova və digər əməkdaşlar iştirak edib.

 

Konfransda tanınmış mütəxəssislər tərəfindən elmi cəhətdən əhəmiyyətli və maraqlı məruzələr təqdim olunub.

 

Respublika Pediatriya Mərkəzinin 2 saylı Uşaq Klinik Xəstəxanasının İmmunologiya üzrə mütəxəssisi Röyalə Babayeva “Birincili immun çatışmazlıq və autoimmun xəstəlik əlaqəsi” mövzusunda çıxış edərək immun sistemindəki pozuntularla autoimmun xəstəliklər arasındakı əlaqələri diqqətə çatdırıb.

 

Konfransın laborator diaqnostikaya həsr olunmuş hissəsində Yeni klinikanın laboratoriya şöbəsinin müdiri, mikrobioloq Aynur İsmayıl “Autoimmun xəstəliklərin laborator diaqnostika metodları: Diaqnoz qoymada laboratoriyanın rolu” mövzusunda təqdimatla çıxış edib. O, laborator müayinələrin bu xəstəliklərin vaxtında və düzgün diaqnozunda mühüm rol oynadığını vurğulayıb.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-revmatoloqu, tibb üzrə fəlsəfə doktoru Şəhla Hadıyeva “Əsas revmatoloji autoimmun xəstəliklər” mövzusunda çıxış edərək bu xəstəliklərin səbəb və diaqnostik yanaşmaları barədə məlumat verib.   Mərkəzi Klinik Xəstəxanasının Qastroenterologiya şöbəsinin müdiri, qastroenteroloq Emin Verdiyev “Qaraciyər kodları: Autoimmun sirləri” adlı təqdimatında qaraciyərlə bağlı autoimmun xəstəliklərin xüsusiyyətlərini izah edib.

 

Xüsusilə seroloji diaqnostikaya həsr olunmuş hissədə Ayten Öz Kamiloğlunun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. O, seroloji testlərin autoimmun xəstəliklərin aşkarlanmasındakı rolunu, düzgün test seçiminin diaqnozun dəqiqliyinə necə təsir etdiyini və bu sahədə laborator mühitdə mövcud olan çətinlikləri ətraflı şəkildə izah edib. Onun təqdimatı laborator nəticələrin klinik qərarvermə prosesində nə qədər vacib olduğunu bir daha nümayiş etdirib.

 

Konfrans çərçivəsində həkimlər və sahə üzrə mütəxəssislər arasında interaktiv müzakirələr aparılıb, iştirakçılar öz bilik və təcrübələrini bölüşərək autoimmun xəstəliklərin diaqnostikası ilə bağlı aktual məsələlərə aydınlıq gətiriblər.

 

Üç gün davam edən tədbirin növbəti günlərində Ayten Öz Kamiloğlu və Gizem Türközü Topakın iştirakı ilə praktiki təlimlər də təşkil olunub.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir