Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25.04.2025 10:41

Hər il aprelin 25-də Ümumdünya Malyariya ilə Mübarizə Günü qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, bu əlamətdar gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2007-ci ilin may ayında təsis edilib və 2008-ci ildən bəri hər il qeyd olunur. O, tropiklər üçün xarakterik olan təhlükəli xəstəlik sayılan malyariya ilə mübarizə üçün qlobal səylərin təşviqinə həsr olunub.

 

ÜST 2025-ci il Ümumdünya Malyariya ilə Mübarizə Günündə malyariyanın qarşısının alınmasında irəliləyişin təmin edilməsini sürətləndirmək məqsədilə qlobal siyasətdən tutmuş icma fəaliyyətinə qədər bütün səviyyələrdə səyləri yenidən gücləndirmək məqsədi daşıyan “Malyariya Bizimlə Bitir: Yenidən investisiya yatır” kampaniyasını təşviq edən RBM tərəfdaşlığına və digər tərəfdaşlara qoşulur.

 

Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

 

Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır