Mərkəzi Gömrük Hospitalı ilə "Florence Nightingale" Xəstəxanalar Qrupu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub  
25.04.2025 12:15
Mərkəzi Gömrük Hospitalında Türkiyənin aparıcı səhiyyə müəssisələrindən biri olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov, idarə rəisinin müavinləri – t.ü.f.d.dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Florence Nightingale Healthcare International Group-un icraçı direktoru Sinan Nazif Aran, İdarə Heyətinin sədri Cəmşid Dəmiroğlu, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və baş mütəxəssis Cen Dəmiroğlu iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov "Florence Nightingale" Xəstəxanalar Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərinin, simpoziumların, ixtisasartırma kurslarının, xeyriyyə aksiyalarının əhəmiyyətindən danışaraq, bu faydalı əməkdaşlığın bundan sonra da tibbin inkişafına töhfə verəcəyini vurğulayıb.
 
Görüş zamanı tərəflər arasında səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tibbi təcrübə mübadiləsinin təşkili, həmçinin yüksək ixtisaslı tibbi xidmətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb, gələcək əməkdaşlığın mümkün istiqamətləri üzrə ilkin razılıqlar əldə olunub.
 
Tədbirin sonunda "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının müxtəlif struktur bölmələri ilə yaxından tanış olaraq, hospitalın klinik imkanlarını yüksək qiymətləndirib və gələcək əməkdaşlığın potensialına dair müsbət təəssüratlarını bölüşüblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır