ATU-nun Tədris Cərrahiyyə Klinikasında akademik Zərifə Əliyevaya həsr olunan tədbir keçirilib
26.04.2025 13:06

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan TCK-nın direktoru, dosent Əsədulla Sultanov qeyd edib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin inkişafında əvəzolunmaz rol oynayıb.

 

Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov bildirib ki, Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. O, görkəmli alimin keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. M.Səfərov qeyd edib ki, Z.Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmində ayrıca bir mərhələ təşkil edir.

 

Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Musayev (Qəlbinur) bildirib ki, Zərifə xanımın təşəbbüsü ilə bir sıra göz xəstəliklərinin profilaktikasına dair tədbirlər həyata keçirilib. Həyatını oftalmologiya elminin inkişafına həsr edən alim çoxsaylı elmi əsər və dərs vəsaitlərinin müəllifi olub. P.Musayev diqqətə çatdırıb ki, tibb işçiləri olaraq Z.Əliyevanın zəngin irsini yaşatmalı, yeni nəsillərə örnək kimi təqdim etməliyik. Böyük alimin əziz xatirəsi daim anılacaq və xalqımızın qəlbində əbədi yaşayacaq.

 

Tədbir zamanı akademik Z.Əliyevanın həyatı və elmi fəaliyyəti haqqında videoçarx nümayış olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub