Qax RMX-da minimal invaziv üsulla əməliyyatların icrası üçün yeni imkanlar yaradılıb
26.04.2025 10:49
Bu günədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra cərrahi əməliyyatlar artıq TƏBİB-in tabeliyindəki region xəstəxanalarında da uğurla icra olunur.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə blokunun təmiri, əməliyyatxananın yeni və tam müasir tibbi avadanlıqlarla təchiz edilməsi bir sıra əməliyyatların icrası üçün yeni imkanlar yaradıb. Artıq tibb müəssisəsində minimal invaziv üsulla əməliyyatların icrası da intensivləşib.
Məlumat üçün bildirək ki, Əməliyyat bloku minimal invaziv üsulla cərrahi əməliyyatların icrası üçün laparoskopik cihaz, müasir standartlara cavab verən çoxfunksiyalı əməliyyat masası, əməliyyat lampası, xəstə monitorları, cərrahiyyə alət dəstləri ilə tam təchiz edilib.
Bununla yanaşı, müəssisədə kadr potensialı da artırılıb və əməliyyatların həyata keçirilməsinə yeni həkim-cərrah və anestezioloq cəlb edilib.
Məlumat üçün bildirək ki, əvvəllər bu cür cərrahi əməliyyatlar üçün sakinlər ətraf rayonlardakı və ya paytaxt Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinə göndərişlə müraciət edirdi. Hazırda TƏBİB tərəfindən həyata keçirilən yeniliklər nəticəsində rayon sakinləri Qax Rayon Mərkəzi Xəstəxanasında sözügedən cərrahi əməliyyatlardan yararlana bilirlər.
Qeyd edək ki, cərrahi əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

