ÜST vəba ilə bağlı xəbərdarlıq edib  
25.04.2025 15:38

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb.

 

Aztibb.az-ın www.aa.com.tr-yə istinadla xəbərinə görə, ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub.

 

Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam edən şiddətini göstərir. Ağızdan alınan vəba peyvəndinin (OCV) qlobal ehtiyatı 5,2 milyon dozada sabitləşsə də, ÜST artan qlobal tələbin təklifi xeyli üstələməsinin sürətli cavab tədbirləri və yoluxmanın qarşısının alınması kampaniyalarına əngəl törətməsi barədə xəbərdarlıq edib.

 

“Münaqişələr, kütləvi köçkünlər, təbii fəlakətlər və iqlim dəyişikliyi təmiz su və səhiyyə xidmətinə çıxışın məhdud olduğu kənd yerlərində və daşqından zərər çəkmiş rayonlarda vəba epidemiyasını gücləndirir”, - deyə BMT agentliyi yazıb.

 

Qeyd edilir ki, vəba qarşısı alına və müalicə oluna bilən xəstəlikdir, lakin vaxtında tibbi yardım göstərilməzsə, bir neçə saat ərzində öldürə bilər.

ÜST bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün suya, səhiyyə infrastrukturuna və peyvənd istehsalına çıxışın yaxşılaşdırılması üçün təcili olaraq qlobal dəstəyə çağırış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır