Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər  
25.04.2025 11:44

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur.

 

Aztibb.az-ın neurosciencenews.com-a istinadla məlumatına görə, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji verilənlər bazasından və böyükhəcmli məlumat analizindən istifadə edərək vizual stimulların – məsələn, parlaqlıq və kontrast kimi xüsusiyyətlərin – gözün görmə sahəsindəki lokal nöqtələrə uyğun şəkildə fərqli neyron dövrlərində spesifik salınım (rəqs) fəaliyyətləri yaratdığını aşkarlayıblar.

 

Professor L.Busse nin sözlərinə görə, artıq 1960-cı illərdən – Hubel və Vizelin Nobel mükafatlı işlərindən bəri məlumdur ki, görmə qabığının xüsusi modullarındakı neyronlar vizual stimulların izolyasiya olunmuş xüsusiyyətlərinə cavab verir. Bununla belə, beynin təbii video axınını necə vahid bir qavrayışa çevirdiyi hələ də tam anlaşılmayıb.

 

Yeni araşdırmanın nəticələri göstərir ki, minlərlə neyronun bir-biri ilə koordinasiyalı şəkildə “oynadığı” bu neyron salınım simfoniyası, beyində kompleks vizual qavrayışın yaranmasına səbəb olan talamo-kortikal dövrələrin tezlik, yer və təbəqə baxımından sinxron fəaliyyətinə əsaslanır. Bu simfoniya beyinə yalnız məlumat emal etməyə deyil, həm də əlaqəli və tutarlı vizual dünya yaratmağa imkan verir. Professor Anton Sirota qeyd edir ki, bu tədqiqat təbii görməni başa düşmək yolunda irəliyə doğru böyük bir addımdır. Professor L.Busse isə əlavə edir ki, bu nəticələr gələcəkdə birbaşa beyindən vizual axının oxunması və ya görmə qabiliyyətinin neyroprotezlərlə bərpası kimi beyin-kompüter interfeyslərinin inkişafı üçün əsas baza rolunu oynaya bilər. Bu iş vizual emalın neyron səviyyəsində orkestrləşdirilməsini daha dərindən anlamaqla sinir elmlərində yeni tədqiqat istiqamətlərinə yol açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır