Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb  
25.04.2025 10:22

Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidən formalaşdırılması, yararsız tibbi avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir. Son dövrlər bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən daha bir yenilik Sabunçu Tibb Mərkəzi ilə bağlıdır. Mərkəzdə ilk dəfə Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, 10 çarpayıdan ibarət yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Şöbədə üz-çənə travması və patologiyaları olan pasiyentlərin müayinə və müalicəsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Üz-çənə cərrahiyyəsi üçün istifadə olunan tibbi sərfiyyat – titan mini lövhələr, vidalar, o cümlədən fiziodispenser (elektrikli motor) və digər lazımi avadanlıqlarla təchiz olunan şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq, üz-çənə cərrahiyyəsinə aid bütün növ tibb xidmətlərinin göstərilməsi mümkündür.

 

Üz-çənə cərrahiyyəsi şöbəsində ilk cərrahi əməliyyat da uğurla icra olunub. 2002-ci il təvəllüdlü pasiyent (kişi) üzərində ikitərəfli sagittal split osteotomiya (Bilateral Sagittal Split Osteotomy) və lefort I osteotomiyası əməliyyatı həyata keçirilib. Hazırda şöbədə pasiyentin müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

 

Yeni şöbənin açılması Sabunçu Tibb Mərkəzində vətəndaşlara göstərilən xidmətlərin sayına, tibbi xidmətə əlçatanlığın genişləndirilməsinə və eləcə də ixtisaslı xidmətlərin çeşidliliyinin artmasına xidmət edir.

 

TƏBİB tibb müəssisələrində səhiyyə infrastrukturunun yenidən formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır