Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
25.04.2025 09:03

Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün “Neyrofizioloji diaqnostikanın müasir aspektləri. Video-EEQ-monitorinq analizi: Norma və patologiya” mövzusunda seminar keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Diaqnoz Tibb Mərkəzinin Baş həkiminin müalicə işləri üzrə müavini Tofiq Əkbərov nevrologiya və neyrofiziologiya sahəsində son illər əldə olunan yeniliklərdən danışıb: “Müasir dövrdə geniş şəkildə həyatımıza sirayət edən nevrologiya təkcə elm sahəsi kimi deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkir. Bu sahədə yeni müasir üsullar tətbiq edilməyə başlanılıb. Elmi tədbirlərin keçirilməsi həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir”.

 

Sonra çıxış edən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsinin, özlərini inkişaf etdirməsinin, tibbin bütün sahələri üçün yeni üsulların mənimsəməsinin zəruriliyini qeyd edib.

 

Seminarda Diaqnoz Tibb Mərkəzinin neyrofizioloqu Yelena Smirnova bildirib ki, EEQ, yəni Elektroensefaloqrafiya nevroloji xəstəliklərin diaqnostikasında tətbiq olunan önəmli müayinə üsuludur. EEQ və video EEQ monitorinqi epileptik ocaqlarının aşkarlanmasında, qıcolmalar, nevroz və nevrotik hallar, baş ağrıları, başgicəllənmələr, yaddaşın, diqqətin zəifləməsi, tiklər, nitqin ləngiməsi, enurezlər və s. hallarda beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün yeganə və əvəzolunmaz üsullardandır. Tamamilə zərərsiz və şüasız bir müayinə üsulu olan EEQ uzunmüddətli, yuxu və oyaq halda bütün yaş qruplarında, hətta hamilə qadınlarda və süd verən analarda aparıla bilir.

 

Seminarda Diaqnoz Tibb Mərkəzinin radioloqu, tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyev və Mərkəzin nevroloqu, EMQ üzrə mütəxəssis Nərgiz Adıgözəlova təqdimatlarla çıxış ediblər.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır