Qara zirə yağının radioterapiya və kimyaterapiya ilə xərçəng hüceyrələrini öldürdüyü aşkar edilib
25.04.2025 09:15

Türkiyənin Necmettin Erbakan Universiteti Tibb fakültəsində aparılan araşdırmada qara zirənin aktiv maddəsi olan timokinonun kimyaterapiya və radioterapiya proseslərinə əlavə edildiyi zaman xərçəng hüceyrələrini əhəmiyyətli dərəcədə məhv etdiyi müəyyən olunub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) dəstəklədiyi 6 illik elmi araşdırmada qara zirə bitkisində tapılan timokinonun ağciyər xərçəngi hüceyrələrinə təsiri araşdırılıb.

 

Tibbi biokimya, immunologiya, radiasiya onkologiyası və genetika kimi sahələrdən alimlərin qatıldığı layihədə qara zirənin ən təsirli komponenti olan timokinonun xərçəng hüceyrələrində apoptozu (proqramlaşdırılmış hüceyrə ölümü) tətiklədiyi müəyyən edilib.

 

Necmettin Erbakan Universiteti Tibb Fakültəsi Biokimya Bölümü rəhbəri prof. Mehmet Gürbilek və komandasının apardığı elmi araşdırma Q1 kateqoriyasında nüfuzlu bir elmi jurnalda nəşr olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır