Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada təlimlərə başlanılıb
24.04.2025 15:01

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibbi personal üçün təlimlərə start verilib.

 

Yeni Klinikadan Aztibb.az-a verilən məlumata görə, ilk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar baş tutub. 12 həkim və 60 tibb bacısının cəlb olunduğu təlimdə Almaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub.

 

Təlim proqramı çərçivəsində “Sana” klinikasının Tibb bacısı akademiyasının direktoru Jörg Noll, klinikanın terapiya komandasının üzvü Reinhold Angerer, Xidmət komandasının üzvü İndat Tas, xəstə xidmətləri komandasının üzvü Marie Beinert sahə üzrə mühüm praktik mövzular üzrə təlimlər keçib, iştirakçıları pasiyent baxımında müasir yanaşmalar baxımından yeniliklərlə tanış ediblər.

 

Təlimlər zamanı iştirakçılar “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və cərrahi müdaxilə”, “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və konservativ müalicə”, həmçinin “Pasiyent yolu: təcili qəbul və sonrakı müalicə” kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar.

 

Qeyd edək ki, təlimlərdən öncə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşları və “Sana” klinikasının ekspertlərinin iştirakı ilə Yeni Klinikada şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub və əməkdaşların təlim ehtiyaclarını öyrənib və bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb.

 

Məlumat üçün bildirək ki, bu kimi təlimlər tibbi xidmətlərin davamlı inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır