Zəkalı olmağın sirri
24.04.2025 13:44

Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri iddia edirlər ki, yüksək zəkaya sahib olmaqda qoxular mühüm rol oynayır. Hətta əhvali-ruhiyyə, konsentrasiya, yaddaş və əmək qabiliyyətinə də təsir göstərir. Məlum olub ki, xoş qoxular sadəcə rahat atmosfer yaratmır, həm də yuxu zamanı beynin fəaliyyətinə müsbət təsir edərək koqnitiv funksiyaları yaxşılaşdırır.

 

Aztibb.az xarici mətbuata istinadla bildirir ki, tədqiqat çərçivəsində 60-85 yaşlarında könüllülərin iştirakı ilə təcrübə keçirilib. Respondentlər iki qrupa bölünüb: birinci qrup adi şəraitdə yatıb, digər qrupun yataq otaqlarına isə hər gecə qızılgül, evkalipt, portağal, nanə, rozmarin, limon və lavanda kimi müxtəlif qoxular səpilib. Altı aylıq sınaq müddətindən sonra nəticələr nəzərəçarpacaq şəkildə dəyişib. Belə ki, ətirlərlə əhatə olunmuş yataqda yatan iştirakçıların yaddaş və öyrənmə də daxil olmaqla koqnitiv qabiliyyətləri digərləri ilə müqayisədə 26 faiz artıb.

 

Tədqiqatçılar qoxu siqnallarının beynin emosiyalar və xatirələrə cavabdeh olan sahələri, xüsusilə də limbik sistem, hippokamp ilə sıx əlaqəli olduğunu söyləyirlər. Beləliklə, qoxular bu sahələrə təsir edərək daha yaxşı yadda saxlamağa və öyrənməyə kömək edən prosesləri işə salır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır