Elektron xəstəlik vərəqəsi (e-bülleten) nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?  
24.04.2025 11:32

Elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödənilən müavinətin hesablanması üçün əsas sənəd hesab olunur.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

 

Onun sözlərinə görə, bu sənəd funksional baxımdan kağız daşıyıcılarda tərtib edilən ənənəvi xəstəlik vərəqələrinin elektron formatda təqdim olunan alternatividir: “Elektron xəstəlik vərəqəsi Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə rəqəmsal formada tərtib edilir və müvafiq sistem inteqrasiyaları əsasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürülür. Bu yanaşma ənənəvi prosedurla müqayisədə iş prosesini optimallaşdırır, sənəd dövriyyəsini azaldır və operativliyi təmin edir. Elektron xəstəlik vərəqəsinin tərtib olunması üçün səlahiyyətli həkimlər “Sima” hüquqi imza və VSİS sisteminə giriş hüququ əldə etməlidirlər. Qeyd olunan texniki və hüquqi tələblər təmin olunmadığı təqdirdə kağız daşıyıcılarda tərtib olunmuş xəstəlik vərəqələri etibarsız hesab ediləcək və DSMF tərəfindən qəbul olunmayacaq”.

 

Mütəxəssis bildirib ki, elektron xəstəlik vərəqələrinin tərtibi “Elektron səhiyyə” adlı mobil tətbiq vasitəsilə də mümkündür: “Müvafiq tətbiqin mobil qurğulara yüklənməsi ilə həkimlərə e-bülletenlərin tərtib olunması prosesi əlçatandır. Elektron xəstəlik vərəqələrini sığorta edənlər (işəgötürən) DSMF-nin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə əldə edə bilir. Tibb müəssisələri üçün isə bu sənəd VSİS üzərindən əlçatan olur. Vətəndaşlar üçün elektron xəstəlik vərəqələri “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə əlçatandır. Həmçinin vətəndaşlar xəstəlik vərəqələrinin nüsxəsini müraciət etdikləri tibb müəssisəsindən də tələb edə bilərlər”.

 

S.Məhərrəmova sonda qeyd edib ki, elektron xəstəlik vərəqələrinin tərtibi ilə bağlı hər hansı çətinlik yaranacağı təqdirdə tibb müəssisələri 814 Çağrı Mərkəzinə müraciət ünvanlamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır