Süni intellekt ağciyər xərçəngini həkimlərdən dörd ay əvvəl aşkarlaya bilib  
24.04.2025 10:23

Amsterdam Universitetinin tibb mərkəzinin niderlandlı alimləri süni intellektə (AI) əsaslanan qabaqcıl alqoritm hazırlayıblar. Alqoritm diaqnozdan dörd ay əvvəl ağciyər xərçənginin əlamətlərini aşkar edə bilib.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, tədqiqat “British Journal of General Practice” (BJGP) elmi jurnalında dərc olunub.

 

Yeni texnologiya insanın bütün xəstəlik tarixini, o cümlədən ümumi praktikantların strukturlaşdırılmamış qeydlərini təhlil edir. Alqoritm həkimlərin qeydlərindəki gizli nümunələri və xəbərdarlıq əlamətlərini müəyyən edir. Bu, müntəzəm görüş zamanı xəstəliyin ilkin diaqnozunu qoymağa imkan verir.

 

Müəlliflərin fikrincə, yüni üsulla xərçəngə yoluxma hallarının 62%-ni əhəmiyyətli dərəcədə tez aşkar etmək olar. Bu, ölümü əhəmiyyətli dərəcədə azaldacaq. Belə ki, xəstələrin 80% -i gec diaqnoz səbəbindən bir il ərzində ölür.

 

Texnologiya artıq 525 526 xəstənin, o cümlədən 2 386 ağciyər xərçəngi halının məlumatları üzərində sınaqdan keçirilib. Tədqiqatçılar indi alqoritmi müxtəlif səhiyyə sistemləri üçün uyğunlaşdırmaq üzərində işləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır