ATU əməkdaşları Özbəkistanda beynəlxalq konfransda çıxış ediblər
23.04.2025 15:36

Özbəkistanın Buxara şəhərində ilk dəfə olaraq Türk Dünyası Plastik, Rekonstruktiv, Estetik Cərrahiyyə Platformasının birinci beynəlxalq elmi konfransı keçirilib.

 

Konfransda bu platformanın bilavasitə qurucularından biri olan ATU-nun professoru, Azərbaycan Plastik Cərrahlar Cəmiyyətinin sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər, eləcə də ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova və Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri Adil Cümşüdov iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən alimlər elmi məruzələrlə çıxış edərək öz nəzəri və praktik biliklərini müxtəlif ölkələrdən olan mütəxəssislərlə bölüşüblər.

 

Konfrans çərçivəsində professor V.Qələndər Özbəkistan Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Cəmiyyətinin fəxri üzvü seçilib. Qeyd edilib ki, bu cür elmi tədbirlər ölkələrimizin mütəxəssisləri arasında dostluq əlaqələrinin qurulması və qabaqcıl təcrübənin bölüşdürülməsi baxımından əsas vasitələrdən biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub