Zaur Əliyev Türkiyə Sosial Müdafiə Qurumunun sədri ilə görüşüb
23.04.2025 14:31

Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Agentlikdən məlumat verilib.

 

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnunluq duyduğunu bildirən Zaur Əliyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Aramızdakı əməkdaşlıq təkcə işgüzar əlaqələrdən ibarət deyil – bu münasibətlər səmimiyyətə, qarşılıqlı inama və ortaq dəyərlərə əsaslanır. Agentlik və SGK arasında imzalanan Anlaşma Memorandumu artıq 4 ildir ki, icra olunur. Builki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərdəndir”.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən Raci Kaya Azərbaycan ilə Türkiyə arasında yalnız səhiyyə və sosial müdafiə sahəsində deyil, bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb:

 

“Azərbaycanla uzun illərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz icbari tibbi sığorta sahəsində də güclü əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İndi isə bu əlaqələri daha da genişləndirərək yalnız görüşlərlə məhdudlaşmayan, texniki səviyyədə davamlı iş birliyi qurmağı planlaşdırırıq. Səhiyyə sahəsində yalnız xidmətləri yaxşılaşdırmaq kifayət etmir, bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”.

 

Görüşdə SGK-nın strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. Agentlik və SGK arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Tədbirdə hər iki tərəfin məsul əməkdaşları tərəfindən tibbi yardımın maya dəyərinin hesablanması, ictimai rəyin öyrənilməsi, maarifləndirmə kampaniyalarının effektivliyinin təhlili, beynəlxalq əməkdaşlıq, icbari tibbi sığorta xidmətlərinin monitorinqi və insan resurslarının idarəedilməsi kimi mövzularda təqdimatlar edilib.

 

İki gün davam edən tədbir qurumlar arasında sosial müdafiə və tibbi sığorta sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və fəaliyyətlərin effektivliyinin artırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığın əsas məqsədi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına töhfə verməkdir.

 

Səfər çərçivəsində hər iki qurumun rəhbərləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, ardınca Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, məzarları üzərinə əklil qoyublar.

 

Qeyd edək ki, Agentlik və SGK arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu və Fəaliyyət Planının müddəti ötən il uzadılıb.

 

Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində