İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və SGK əməkdaşları arasında müzakirələr aparılıb
23.04.2025 12:12

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və SGK əməkdaşları arasında müzakirələr aparılıb.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, tədbirdə hər iki tərəfin məsul əməkdaşları tərəfindən tibbi yardımın maya dəyərinin hesablanması, ictimai rəyin öyrənilməsi, maarifləndirmə kampaniyalarının effektivliyinin təhlili, beynəlxalq əməkdaşlıq, icbari tibbi sığorta xidmətlərinin monitorinqi və insan resurslarının idarəedilməsi kimi mövzularda təqdimatlar edilib.

 

Görüşdə SGK-nın strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. Agentlik və SGK arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

İki gün davam edən tədbir qurumlar arasında sosial müdafiə və tibbi sığorta sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və fəaliyyətlərin effektivliyinin artırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığın əsas məqsədi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır