Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
23.04.2025 10:57

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub.

 

Aztibb.az-a Şirvan RMX-dan verilən məlumata görə, region əhalisi üçün tibbi əlçatanlığın təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan müəyyən mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir.

 

Belə ki, tibb müəssisəsinə müraciət edən 1954-cü il təvəllüdlü Sabirabad rayon sakini (cinsi kişi)
uzun müddətdir ayaq ağrılarından əziyyət çəkirdi. Müayinə zamanı pasiyentdə şəkərli diabet fonunda sağ ayaqda xroniki yaralar müşahidə edilib. Aparılan periferik angioqrafiya nəticəsində, insan orqanizmində ən uzun damar hesab edilən SFA (bud arteriyası) tam olaraq 100 faiz tıxanmış vəziyyətdə aşkarlanıb.

 

Pasiyentə PTA (balon angioplastikası) müdaxiləsi uğurla həyata keçirilib və damarda tam açıqlıq əldə edilib.

 

Sözügedən əməliyyatı invaziv-kardioloq uzman dr. Nicat İbrahimov tərəfindən həyata keçirilib.

 

Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabilləşib və növbəti gün ambulator müalicə üçün evə yazılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır