Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib    
23.04.2025 10:32

 

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.

 

Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

 

Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.

 

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.

 

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.

 

Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır