ATU əməkdaşları Türkmənistanda beynəlxalq konqresdə çıxış ediblər
24.04.2025 12:14

 

Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Murat Kariyev adına Türkmənistan Dövlət Tibb Universitetində (TDTU) I Beynəlxalq Tibb Konqresi keçirilib.

 

Konqresdə Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamentinin şöbə müdiri, tibb elmləri doktoru Müşviq Həsənov və ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində M.Həsənov çıxış edərək, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından tədbir iştirakçılarını salamlayıb.

 

Sonra əməkdaşlar plenar iclaslarda elmi məruzələr oxuyub, verilən sualları ətraflı şəkildə cavablandırıblar.

 

TDTU-nun rektoru, professor Nargözəl Muratnəzərova çıxışı zamanı azərbaycanlı alimlərin tədbirdə iştirakına şərait yaratdığına görə, ATU-nun rektoru, professor G.Gəraybəyliyə xüsusi minnətdarlığını bildirib.

 

Konqresin sonunda əməkdaşlarımız xüsusi mükafata layiq görülüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır